Bu, bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir – Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: