ABŞ-da ticarət mərkəzində atışma: Dörd nəfər öldürüldü – VİDEO

ABŞ-ın Kaliforniya ştatının Orinc şəhərində yerləşən ticarət mərkəzində silahlı insident baş verib.

MSNBC telekanalı yerli polis qurumlarına istinadən xəbər verib ki, naməlum şəxs tərəfindən açılan atəş nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb.

Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hazırda hadisə baş verən şəhərdə vəziyyət sabitləşib, əhalinin həyatı və təhlükəsizliyi üçün heç bir təhlükə yoxdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: