Sevda Ələkbərzadədən yepyeni layihə – VİDEO

“RÄNG” leybli ilə əməkdaşlıq edən Əməkdar artist Sevda Ələkbərzadə şirkətlə üçüncü işini təqdim edib

Bir müddət əvvəl “Hisslərim dumanda” adlı mahnısı ilə bütün dinləyicilərini 80-ci illərə qaytararaq, dünya trendini ölkəmizə gətirən sənətçi bu dəfə də eyni üslubda davam edib. “Sən yoluna” adlı yeni mahnının sözləri Orxan Zeynallıya, musiqi isə İslam Şirvaniyə aiddir. Klipin rejissorluğunu Fərhad Əli edib.

Xatırladaq ki, “RÄNG” leyblı bundan əvvəl gənc ifaçı Günay Bədəlovanın ifasında “Ya Qarabağ, Ya Ölüm” mahnısını, daha sonra isə Türkiyənin əfsanəvi rok qrupu “Manga” qrupunun solisti Ferman Akgül və Sevda Ələkbərzadənin “Ulu Vətən” mahnısını təqdim etmişdir.

Müəllif-ifaçı Murad Arif və repçi PRoMetenin rəhbərlik etdiyi “RÄNG” musiqi leyblı ölkəmizə yeni adların məşhurlaşmasında iddialıdır. Belə ki, “RÄNG” Sevda Ələkbərzadənin klipiylə eyni gündə, TİMA adlı yeni İfaçının da ilk klipini təqdim edib. Musiqisi TİMA və Murad Arifə, sözləri isə repçi Orxan Zeynallıya məxsus olan nəğmə “Sarılaraq öp” adlanır. Aranjimanı Emin Kərim (STKHA) tərəfindən edilmiş mahnının klipini Fərhad Əli çəkib. Hər iki layihə artıq bütün rəqəmsal platformalarda və “YouTube”-da yayımlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: