ANAMA nə qədər ərazini minalardan təmizləyib? – AÇIQLAMA

27 sentyabrdan bu günə qədər ANAMA tərəfindən keçmiş cəbhəboyu ərazilərdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu sözləri ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib.

O bildirib ki, bu günə qədər 1731 hektar ərazi tam olaraq təmizlənib:

“Ərazilərdən 1737 ədəd partlamamış hərbi-sursat və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyat axtarış tədbirləri Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Xocavənd istiqamətlərində aparılıb. Axtarışlar Şuşa şəhərində də davam etdirilir.

Dekabr ayından başlayaraq Şuşa şəhərində döyüş gedən ərazilərdə, yaşayış evlərinin zirzəmilərində təmizlənmə işləri həyata keçirilir. Artıq həmin yerlərdən 100-dən çox partlamamış sursat aşkarlanaraq əməkdaşlarımız tərəfindən götürülüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: