Dünya çempionatında 13 idmançımız mübarizə aparacaq

Qılıncoynatma üzrə milli komandamız 3-11 apreldə Misirin paytaxtı Qahirədə keçiriləcək yeniyetmə və gənclərin dünya birinciliyində iştirak edəcək.

lıncoynatmanın sablya növündə Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədov yeniyetmə və gənclərin şəxsi yarışında, eyni zamanda gənclərin komanda yarışında qüvvəsini sınayacaq.

Zərifə Hüseynova yeniyetmə və gənclərin şəxsi, Aysel Əhədova isə yalnız gənclərin şəxsi yarışında mübarizə aparacaq. Şpaqada Ruslan Həsənov, Xalid Əliyev, Barat Quliyev və Fərrux Səfərov gənclərin şəxsi və komanda yarışında iştirak edəcək.

Fuad Qurbanov isə yeniyetmə şpaqaçıların şəxsi yarışında debüt edəcək. Nazilə Rəhimova, Alfiya Abdinova, Azərin İdriszadə isə yeniyetmə və gənclərin şəxsi, bundan əlavə, gənclərin komanda yarışında ölkəmizi təmsil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: