Tayvanda dəmiryolu qəzası: 50 ölü, 146 yaralı – FOTO/VİDEO

Tayvanda ağır dəmiryolu qəzası baş verib.

Qəza nəticəsində ən az 50 nəfər ölüb, 146 nəfər isə yaralanıb.

Məlumata əsasən, sərnişin qatarı tuneldə yardımçı dəmiryolu texnikası ilə toqquşub. 350 sərnişin üçün nəzərdə tutulmuş qatarda 496 nəfərin olduğu bildirilib. Qəza anında onların bir çoxu ayaq üstə dayanıb.

Hadisənin ada, hətta bütövlükdə Çin tarixində qeydə alınmış ən böyük dəmiryolu qəzası olduğu qeyd edilir.

Ərazidə xilasetmə və təmizləmə işləri aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: