Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür – VİDEO

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasında elan edilmiş və hər il mütəmadi olaraq qeyd edilir.

Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, mina və müharibənin partlamamış qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və yenidənqurmaya ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin mütəmadi olaraq davam etdirilməsinə çağırışdır.

Azərbaycanda mina və MPQ problemi əsasən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsidir. 1998-ci ilin iyul ayında Respublika Prezidentinin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ölkədə minalarla mübarizə proqramının komponentlərini – ərazilərin mina/MPQ-lərdən təmizlənməsi, mina təhlükəsinə dair maarifləndirmə və mina qurbanlarına yardım üzrə fəaliyyəti həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: