Yarım milyard “Facebook” istifadəçisinin şəxsi məlumatları internetə sızıb

106 ölkədən olan 533 milyon “Facebook” istifadəçisinin şəxsi məlumatları və telefon nömrələri  internetdə açıq şəkildə yayımlanıb.

Bu barədə “Business Insider” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ən çox ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyadan olan “Facebook” istifadəçiləri zərər çəkib.

Buraya sosial şəbəkə istifadəçilərinin adları, yaşadığı ünvan, doğum tarixləri və digər məlumatlar daxildir.

Mənbə yazır ki, “Facebook” rəhbərliyi məsələ ilə əlaqədar göndərilən sorğuya cavab verməyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: