Nazir yeni salınmış fındıq bağlarında – FOTO

Nazir İnam Kərimov Şəkidə yeni salınmış intensiv fındıq bağlarına baxış keçirib, regional laboratoriyaların fəaliyyəti ilə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, artıq Şəki və Qax rayonlarında yeni fındıq bağlarının salınmasına başlanıb. Kənd təsərrüfatı naziri Şəkinin Bideyiz kəndində yeni intensiv fındıq bağının salınması işləri ilə tanış olub.

Daha sonra nazir Şəkinin Biləcik kəndində keçmiş çay yatağında yeni salınmış fındıq bağında görülən işlərlə maraqlanıb, Qax rayonunun Qaşqaçay kəndində daşdan təmizlənmiş sahədə salınmış intensiv fındıq bağlarına baxış keçirib. O, həmçinin Şəki Regional Aqrokimya Laboratoriyasının və yeni fəaliyyətə başlayan baytarlıq laboratoriyasının fəaliyyəti ilə də tanış olub.

Qeyd edək ki, 2021-ci il ərzində salınan fındıq bağlarına da birdəfəlik əkin subsidiyası verilməsi nəzərdə tutulur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: