Onilliyin əsas “Android” smartfonları açıqlanıb

“Samsung Galaxy S2” və orijinal “OnePlus One” smartfonlar bazarına daha çox təsir göstərən qurğular reytinqinə daxil olub. Bu barədə “Android Police” nəşri məlumat yayıb.

Nəşr onilliyin əsas smartfonlar siyahısını yeniləyib. Mütəxəssislərin sözlərinə görə, ilk növbədə “Samsung Galaxy S2” smartfonu qeyd edilməlidir. 2011-ci ildə buraxılan smartfon sayəsində Cənubi Koreya şirkəti dünyanın məşhur telefon istehsalçısına çevrilib. Həmçinin “Samsung” şirkətinin “Google” ilə əməkdaşlıqda hazırlayaraq 2011-ci ildə təqdim etdiyi “Galaxy Nexus” və ekran diaqonalı böyüdülmüş telefonlar trendinin əsasını qoyan orijinal “Galaxy Note” qeyd olunur.

Bundan başqa, “Android Police” tərəfindən 2011-ci ildə nümayiş olunan “Motorola Xoom” sadalanıb. Onun vasitəsilə “Motorola” şirkəti “Apple iPad” ilə rəqabət aparmağa çalışıb.

Həmçinin reytinqdə “bazarda oyun qaydalarını dəyişən” ucuz “Motorola Moto G” yer alıb. Jurnalistlər “HTC ThunderBolt” modelini vurğulayaraq onu “LTE” ilə təchiz edilən ilk geniş yayılmış smartfon adlandırıblar. Bundan əlavə, alüminium korpusa malik “HTC One M7” smartfonu yenilənmiş siyahıda yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: