Rəmiş vəfat etdi

Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.

Bu barədə onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

O, R.Hüseynovun bu gün günorta saatlarında vəfat etdiyini deyib.

Qeyd edək ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

R.Hüseynov 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: