Rus bölməsi üzrə birinci sinfə qəbul üçün müsahibələr onlayn keçiriləcək

Bu il bütün ölkə üzrə tədris digər dillərdə aparılan siniflərin birinci siniflərinə qəbul üçün müsahibələrin onlayn keçirilməsi planlaşdırılır.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov deyib.

O bildirib ki, birinci sinfə qəbulun aprelin 2-ci yarısından başlanılması nəzərdə tutulur.

E.Kərimovun sözlərinə görə, birinci sinfə qəbul ötən illərdə olduğu kimi, bu il də elektron qaydada aparılacaq:

“Tədrisi rus dilində aparılan lisey və gimnaziyalara qəbul iki mərhələli aparılır. Tədris digər dillərdə aparılan siniflərə qəbul üçün müsahibələr təşkil olunur. Müsahibələrin bu il ölkə üzrə onlayn olması planlaşdırılır. Müsahibədə uşağın tədris alacağı dil üzrə şifahi nitq bacarıqları yoxlanılacaq, ikinci mərhələ isə müsabiqə olacaq. İkinci mərhələdə təhsil müəssisələrinə xüsusi istedad tələb edən istiqamətlər üzrə müsahibələrin keçirilməsi təşkil olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: