Həkimdən təzadlı fikir: “Koronavirusdan ölüm halları azalıb” – VİDEO

“Koronavirusa yoluxma rəqəmləri bir qədər də artarsa, sərt addımların atılması vacib olar”.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında infeksionist Azər Nağıyev deyib.

O bildirib ki, avtobuslarda, böyük müəssisələrdə, ictimai və s. yerlərdə yoluxma sayı artır.
A. Nağıyev onu da qeyd edib ki, korona səbəbindən baş verən ölüm hallarının sayında azalma müşahidə olunub:

“Əvvəlki dalğalarla müqayisədə virusdan ölüm hallarının artması müşahidə olunmur. Hətta deyərdim ki, azalma müşahidə olunur.

Fərqi gənclər arasında yoluxmanın artmasında görə bilərik. Gənc yaşda virus səbəbindən baş verən ölüm halları təəssüf doğurur. Lakin bu, qaçılmazdır.

Vətəndaşlardan xahiş edirəm ki, vaxtında həkimə müraciət etsinlər. Belə olarsa, ağırlaşmalar və ölüm halları qeydə alınmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: