Ucuz dərmanlar risklidir?

Həkim və teleaparıcı Aleksandr Myasnikov dərman analoqlarının orijinallar kimi oxşar klinik sınaqlardan keçdiyini və onların mənfi təsirinin olmadığını bildirib.

Bu barədə Myasnikov “Rossiya-1” telekanalının efirində danışıb.

“Şirkətlərin fərqli adla istehsal etdiyi dərmanların əks və müsbət təsirləri fərqlənməməlidir. Çünki onlar eyni tərkiblidir”, – həkim əlavə edib.

Onun sözlərinə görə, həkimlər tez-tez xəstələrə eyni tərkibli dərmanın bahalı versiyalarını yazırlar, müalicədən imtina edə bilməyən xəstələr də onları almaq məcburiyyətində qalırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: