Xəzər rayonunda yerləşən “Mağara” abidəsi sökülür? – AÇIQLAMA + FOTO

Xəzər rayonu ərazisində Dübəndi bağlar qəsəbəsində 5-6 min il yaşı olan ərazinin hasarlanmasından şikayətçidirlər.

Bu barədə sakinlər tərəfindən məlumat verilib. Bildirilib ki, Dübəndi massivində sahilə bitişik ərazidə tarixi 5-6 min il olan və dünya petroqliflər (https://megalithica.ru/petroglifyi-dyubendi.html) siyahısına daxil olan yerlər çəpərə alınıb.

Sakinlərin sözlərinə görə petroqliflər olan ərazidə aktiv olaraq tikinti işləri aparılır. Tikinti işlərinin nə qədər qanuni olub-olmadığı isə məlum deyil.

Sakinlər bu ərazilərin nəzarətdə olmaması səbəbindən min illik tarixi olan yerlərin bir gecə də məhv edilməsindən narahatdırlar:

“Burada əvvəllər məlumat lövhəsi olub. Amma indi onuda yığışdırıblar. Üstəlik tikinti gedən ərazidən geriyə qalan tullantıları gətirib buraya atırlar. Aidiyyəti qurumlardan, təşkilatlardan bu məsələ ilə maraqlanmağlarını xahiş edirik”.

Oxu.Az məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladı. Sorğumuza cavab olaraq bildirilib ki, əməkdaşlar Xəzər rayonu Dübəndi qəsəbəsinin Xəzərsahili ərazisində yerləşən qayaüstü təsvirlər olan “Mağara” abidəsinə baxış keçiriblər:

“Baxış zamanı abidəyə hər hansı müdaxilə faktı qeydə alınmamış, lakin bir neçə ay öncə qoyulmuş mühafizə lövhəsi yerində aşkarlanmamışdır. Tarixi abidənin mühafizəsi istiqamətində tədbirlər görülür”.

Qeyd edək ki, e.ə IV-I minilliyə aid olan “Mağara” abidəsinə bir neçə dəfə naməlum şəxslər tərəfindən müdaxilə halları qeydə alınıb, ərazidə abidənin dövlət tərəfindən qorunması ilə bağlı qoyulan mühafizə lövhələri çıxardılıb. Dövlət Xidməti tərəfindən abidənin qorunması istiqamətində müvafiq addımların atılmasına baxmayaraq, yenidən eyni hallar təkrarlanıb. Hazırda lazimi tədbirlər görülməkdədir.

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: