400 nəfərədək əhali səyyar formada tibbi müayinə ediləcək – FOTO

Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.

“AzerGold” QSC-dən  verilən məlumata əsasən, Ümumdünya Sağlamlıq Gününə həsr edilən və “Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada Quşçu kəndi ilə yanaşı, Çovdar, Çaykənd və Şadax kəndlərinin sakinləri ödənişsiz olaraq terapevt, kardioloq, pediatr, USM, EKQ, qanın ümumi analizi və şəkərin təyini müayinələrindən yararlanıblar.

Tibbi müayinə aksiyasında peşəkar həkim heyəti tərəfindən aparılan müayinələrin səyyar hospital və mobil reanimasiya avtomobilləri vasitəsilə üç gün müddətində icra edilməsi ilə, təqribən 400 nəfərədək əhalinin müayinə edilməsi nəzərdə tutulub.

Xatırladaq ki, 7 aprel 1950-ci ildən etibarən bütün dünyada Sağlamlıq Günü kimi qeyd edilir. 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədar qeyd edilən bu gündə sağlamlığın əhəmiyyətini insanlara çatdırmaq üçün müxtəlif tədbirlər keçirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: