Bir ay əvvəl itkin düşən yeniyetmənin meyiti tapıldı

Mingəçevirdə Kür çayında meyit tapılıb.

Meyit 16 yaşlı Abbasov Ruslan Məhərrəm oğluna məxsusdur.

Qeyd edək ki, Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu martın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

R.Abbasovun atası Məhərrəm Abbasov həmin vaxt bildirmişdi ki, oğlu M.Ə.Sabir küçəsi 6 ünvanında yaşadıqları evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi götürməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: