Dini konfessiya rəhbərləri Ağdam Şəhidlər xiyabanını, Qarabağ xanlarının abidəsini ziyarət edib

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri işğaldan azad edilən Ağdam şəhərində səfərdədirlər.

Səfər iştirakçıları daha sonra Azərbaycanın Milli Qəhrəmanları – Allahverdi Bağırov, Əlabbas İsgəndərov və digərlərinin məzarını ziyarət ediblər, şəhidlərin ruhuna dualar oxuyublar.

Eləcə də, səfər iştirakçıları Qarabağ xanlarının abidələr kompleksini və İmarət qəbiristanlığını ziyarət ediblər.

Onlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar.

Daha sonra səfər iştirakçıları Ağdam məscidinə yola düşüblər. Din xadimləri məsciddə namaz qılacaqlar.

Qeyd edək ki, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili və digər din xadimləri iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: