Dünyanın ən uzun fatası ilə Ginnesin Rekordlar Kitabına düşdü – VİDEO

Kipr sakini Mariya Paraskeva dünyanın ən uzun fatasını tikdirərək Ginnesin Rekordlar Kitabına düşüb.

Bu barədə “Hindustan Times” yazır.

Belə ki, Paraskevanın gəlinlik fatasının uzunluğu 6962 metrdir.

“Uşaqlıqda həmişə ən uzun fata ilə Ginnesin rekordunu qırmağı arzulamışam. Krujevalı fatanı tamamilə açmaq üçün mənə təxminən altı saat vaxt və 30 könüllü lazım oldu”, – deyə gəlin bildirib.

Ginessin Rekordlar Kitabının rəsmi “İnstagram” səhifəsində Paraskevanın gəlinlik paltarında çəkdirdiyi video yer alıb.

Dünyanın ən uzun fatası ilə Ginnesin Rekordlar Kitabına düşdü - VİDEOHəmin paylaşım 70 mindən çox “ürək” toplayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: