Bakı metrosunda gediş haqqının ödənilməsində yenilik gözlənilir – RƏSMİ

Bakı metropolitenində bir sıra elektron vasitələrdən istifadə etməklə gediş haqqını ödəmək mümkün ola bilər.

Bu barədə sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verilib.

“Belə ki, yeniliyin tətbiqi istiqamətində işlər aparılır. Lakin konkret olaraq hər hansısa sistemin və ya üsulun tətbiqindən danışmaq hələ tezdir. Bununla bağlı hər hansı əsaslı bir addım atılacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”, – deyə o, bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: