Nazir büdcə gəlirləri haqda məlumat verdi – FOTO

2021-ci ilin birinci rübündə dövlət büdcəsinə vergi daxilolmaları 2 milyard 85,73 milyon manat təşkil edib.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

“Proqnoza 121,1 faiz əməl edilib. Birinci rübdə büdcəyə əlavə daxilolmalar 363,8 milyon manatdan çox olub ki, bunun da 211,1 milyon manatı qeyri neft-qaz sektorunun payına düşür”, – deyə nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: