Allahverdi Bağırovun xatirəsinə həsr olunan turnir keçiriləcək – FOTO

“ASAN Könüllülük” Məktəbinin və “Qarabağ” futbol klubunun birgə əməkdaşlığı ilə “Dostluq” turniri keçiriləcək.  

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Turnir Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun əziz xatirəsinə həsr olunacaq. Belə ki, 22 aprel tarixində “Qarabağ” futbol klubunun oyunçusu və baş məşqçisi kimi fəaliyyət göstərmiş, ərazi bütövlüyümüzün müdafiəsi uğrunda şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olmasının 75-ci ili tamam olur.

Gənclərin diqqətinin bu əlamətdar təqvim gününə cəlb edilməsi, milli qəhrəmanımızın əziz xatirəsinin anılması və könüllülər arasında təbliği məqsədilə ASAN könüllüləri tərəfindən 12-22 aprel tarixində “Dostluq” turniri təşkil olunacaq.

Turnir çərçivəsində 12 qurumun könüllülərindən ibarət komandası mübarizə aparacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: