Daha iki taekvondoçumuz Avropa çempionatında mübarizəyə qoşulur

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə Avropa çempionatının ikinci yarış günündə daha iki idmançımız mübarizəyə qatılacaq.

Kişilər arasında yarışlarda Xanoğlan Kərimov (-63 kq) və Cavad Ağayev (-68 kq) ölkəmizi təmsil edəcək.

Xanoğlan Kərimovun ilk rəqibi ukraynalı Boqdan Tikonov, Cavad Ağayevin isə rəqibi gürcüstanlı Beka Kavtaradze olacaq.

Qeyd edək ki, dünən Azərbaycanın taekvondo üzrə qadın millisinin üzvü Minayə Əkbərova (-46 kq) bürünc medal qazanıb. Bu, gənc idmançımızın böyüklər arasında keçirilən yarışlarda ilk ciddi uğurudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: