İctimai nəqliyyatda istifadə üçün nəzərdə tutulan məhdud istifadə kartları niyə yoxa çıxıb? – VİDEO

Əvvəllər “Bakı Kart”ı olmayan vətəndaşlar və ya şəhərə gələn qonaqlar rahatlıqla məhdud istifadə kartlarını ala bilirdilər. Ancaq indi “Bakı Kart”ın digər məhsulu olan bu xidmət növü hansısa səbəbdən işləmir.

Məsələ ilə bağlı “Xəzər Xəbər”ə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, müvəqqəti istifadə kartlarında dəyişikliklər edilir. Onun sözlərinə görə, müvəqqəti istifadə üçün nəzərdə tutulan kartların əldə olunmasındakı məhdudiyyət sistemdə aparılan yenilənmə işləri ilə əlaqədardır.

Mais Ağayev onu da qeyd edib ki, birdəfəlik ödənişlərdə yeni vasitələrdən də istifadə olunacaq.  Yaxın zamanda ictimaiyyətə bununla bağlı məlumat veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: