II Yelizavetanın əri vəfat etdi: Britaniyada səkkiz günlük matəm elan olundu – YENİLƏNİB

Böyük Britaniyada Edinburq hersoqu, şahzadə Filipin ölümü ilə bağlı matəm elan olunub.

Bu gündən başlayaraq 8 gün ərzində ölkə ərazisində dövlət bayraqları endirilir, parlament üzvləri isə qollarına qara sarğı bağlayacaqlar.

Matəm günlərində kraliça II Elizabet rəsmi səlahiyyətlərini icra etməyəcək. Həyat yoldaşının dəfninə hazırlıqla bağlı baş nazir Boris Conson ilə keçiriləcək görüş istisna təşkil edəcək.

15:28

Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu Filip 99 yaşında həyatını itirib.

“Haber Global” bu barədə Bukingem Sarayının açıqlamasına istinadən xəbər yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: