Məzuniyyət ərizəsi yazan şəxs işə çağırıla bilər? – AÇIQLAMA

Məzuniyyət hüququ işçinin əsas hüquqlarından biri hesab olunur və işçi il ərzində bu məzuniyyət hüququndan istifadə edə bilər.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı məzuniyyət ərizəsi yazıldığı halda məzuniyyətə göndərilməyən işçilərlə bağlı suala cavab verərkən deyib.

O bildirib ki, işəgötürən işçinin bu hüququndan istifadəsinə şərait yaratmalıdır:

“Bununla bağlı işəgötürən işçinin heç bir halda məzuniyyət hüququnu məhdudlaşdıra bilməz. Bu, Əmək Məcəlləsinin tələbidir. Məzuniyyət ərizəsi yazılıb və işçi işə çağırılırsa, bu məzuniyyət deyil. Məcburiyyət varsa, burada işçinin məzuniyyət hüququnun pozulmasıdır. Həmin şəxslər bizə müraciət edə bilər, məsələ qanunvericiliyin normalarına müvafiq olaraq araşdırılar.

Digər halda işəgötürən işçini məzuniyyətdə olduğu halda istisna hal kimi öz razılığı olması şərtilə işə çağıra bilər. Lakin bu da əmrlə rəsmiləşdirilməlidir. Əks təqdirdə bu, işçinin məzuniyyət hüququnun pozulması kimi qiymətləndirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: