Yevlaxda cücə sexində yanğın: Qadın yanaraq ölüb

Yevlax şəhərinin Aşağı Bucaq kəndində bir dam altında tikilən ümumi sahəsi 30 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 520 kvadratmetr olan cücə sexinin yanar konstruksiyaları 360 kvadratmetr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı evin içərisində 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: