NASA İlon Maskın köməyi ilə Ayı yenidən fəth edəcək – FOTO

İlon Maska məxsus “Space X” şirkəti Aya astronavt göndərəcək. Təşkilat NASA-dan müvafiq müqaviləni qazanıb.

Bu barədə Milli Aeronavtika və Kosmos İdarəsinin saytında xəbər verilib.

“Bu Aya qayıtmaq üçün daha bir möhtəşəm addımdır”, – deyə NASA-nın pilot proqramları üzrə rəhbəri Keti Luders bildirib.

“Orion” kosmik gəmisinin Ay ətrafı stansiyaya dörd astronavtı daşıyacağı gözlənilir. Bundan sonra onlardan ikisi Maskın şirkətinə məxsus “Starship” gəmisiylə Aya göndəriləcək.

Yerin təbii peykinin səthinə kosmik gəminin enməsi üçün sistem təxminən 3 milyard dollara (5,1 milyard manat) başa gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: