AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİ TƏBLİĞ VƏ TƏLQİN EDƏNLƏR NİYƏ GÖRƏ TƏHQİR OLUNMALIDIRLAR?!

Bu gün bütün dünya Azərbaycan dövlətinin monolitliyindən, dövlətçilik prinsiplərinin təntənəsəndən,dövlətlə xalqın birliyindən, iqtisadi inkişafımızın Vətən Müharibəsində hərbi üstünlüyümüzü və qələbəmizi necə təmin etdiyindən, Azərbaycan ordusunu tarixi qələbəyə ruhlandıran Azərbaycan xalqınnın “Torpaq, uğrunda ölən varsa, Vətəndir” prinsipinə sadiqliyindən, hər bir əsgərimizin döyüşkənlik ruhundan, Ali Baş Komandanımızın polad iradəsindən, comərdliyindən danışır. Təbii olaraq biz də ölkə vətəndaşı olaraq bütövlükdə xalqımızın ünvanına söylənilən bu kimi xoş sözlərdən məmnun qalır və dövlətimizə, onun rəhbərinə inamımızı, etibarımızı birəbeş artırır.Biz eyni zamanda unutmamalıyıq ki.ərazimiz dörd tərəfdən-qurudan, sudan və havadan xarici dövlətlərlə əhatə olunur. Bunların arasında təbii olaraq dost və qardaş saydığımız dövlətlərlə bərabər müvəffəqiyyətlərimizdən çərləyənlər də var.Bu gün Qarabağ savaşında tarixi qələbəyə imza atmaqla biz dost və düşmənlərimizi daha aydın görməyə başladıq.Qanımıza yerikləyən irticaçı dövlətlərin və onların müstəmləkəçilik xülyalarının tilovuna keçmədiyimizdən, heç kimin qoltuğuna girmədən, kölgəsinə sığınmadan xalqımızın iradəsi, quruculuq məharəti və dövlət rəhbərinin düzgün iqtisadi-siyasi kursu sayəsində parlaq bir dövlətə çevrildiyimizdən məmnun olmayanların, adımızı dünya məclislərində hər vəhclə ləkələməyə cəhd edən şər qüvvələrin nişangahındayıq biz. Yəni biz o qədər sadəlöhvük ki bu qədər sadə bir həqiqəti dərk etmirik?Vətən Müharibəsi bizə tarixi dərs vermədimi?!Yenəmi ayrılmalıyıq ayrı-ayrı cəbhələrə, yenəmi qənim kəsilməliyik bir-birimizə?! Hakimiyyətə gəlmək ehtirası insanların bir-birlərinə yönəli olmalı olan sağlam məhəbbətindən necə üstün ola bilər?! Nəinki ermənilərin, heç özümüzün də ağlımıza gəlməyən bu tarixi qələbəmiz nəyin hesabına baş tutdu?-Əlbəttə, dövlətlə xalqın birliyi,Ali Baş Komandandanın müharibənin ilk günlərindən qəhrəmancasına nümayiş etdirdiyi cəsarət, qeyrət, Vətənə məhəbbəti sayəsində. Niyə görə eyni dinə, dilə, millətə aid olduğumuz halda hakimiyyətə sivil yolla gəlməyə meylsizik?. Niyə görə hakimiyyəti təmsil edən insanlar və dövləti, dövlətçiliyi təbliğ edən sağlam ruhlu ziyalılar, siyasi ekspertlər, deputatlar təhqirlərə, bəzi hallarda hətta söyüşlərə məruz qalmalıdırlar? Biz qanunun şah sayıldığı bir dövlətin vətəndaşlarıyıq.Yoxsa elə deyil? Əgər şah qanun sayılan dövlətin vətəndaşları olsaydıq onda bu cür təhqirlərə meydan verən qüvvələr xoruz kimi banlaya bilməzdilər. Biz hətta bir millət olaraq demokratiyanın bəxş etdiyi söz azadlığından, fikir plüralizmindən belə normal istifadə edə bilmirik. Demokratiya bir prosesdir, sağlam cəmiyyət üçün yaradılan mühitdir demokratiya.O, bir an içərisində diktatura ilə əvəzlənə bilər.Kim olacaq günahkar?-Əlbəttə demokratiyanın işığından gözləri qamaşanlar. Yeri gəlmişkən, bir neçə gün öncə XURAL TV-nin növbəti buraxılışını izlədim. Verilişin qonaları iqtidar və müxalifət düşərgələrini təmsilçiləri –böyük ziyalı deputat Elman Nəsirov və müxalifət partiyasının nümayəndəsi Zəlimxan Məmmədli idi. Fasebook səhifəmdə ekrana gələn bu veriliş bir gün əvvəl efirə yayımlanmışdı.Status bölümündə iqtidar nümayəndəsi olan deputat Elman Nəsirovun ünvanına yazılan təhqiramiz ifadələri oxuyanda qəhərləndim və yaşadığım acı hisslər məni verilişi tam şəkildə izləməyə məcbur etdi.Əslində bu məqaləni qələmə almağıma səbəb də elə bu xoşagəlməz halla rastlaşmağım oldu.. Jurnalist Əvəz Zeynallının internet üzərindən yayımlanan verilişini əvvəllər də bir neçə dəfə izləmişəm və etiraf edim ki,onun vətənpərvərlik hisslərini müəyyən mənada dəyərləndirirdim də. Ancaq jurnalist həmkarımın bu verilişi məni tam məyus etdi.İki düşərgənin nümayəndəsi debata dəvət olunduğu halda onlar öz fikirlərini ifadə etməkdə də tam sərbəst olmalı idilər.Jurnalistsə hər iki tərəfin mövqeyinə hörmətlə yanaşmalı, tərəfkeşlik nümayiş etdirməməlidir. Bu fikir mövcud Mətbuat Haqqında Qanunda da açıq-aydın təsbit olunub.Müxalifətçi opponentin Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə apardığı dolğun daxili və xarici siyasətə dəyər vermədiyinə, hətta Vətən Müharibəsində xalqla dövlətin birliyi sayəsində əldə olunan tarixi qələbəyə belə xəyanətkarcasına kölgə salmaq cəhdlərinə böyük ziyalı olan deputat Elman Nəsirovun tarixi faktlarla yüksək etik normalar qorunmaqla verdiyi adekvat cavablar nədən belə veriliş sahibini narahat edirdi?! Bu. ümumiyyətlə başadüşülən hal deyil.Belə bir təəssürat yaranmışdı ki, Elman Nəsirov sanki bir oppnentin deyil , iki opponetin qarşısında onların tamaşaçılarda çaşqınlıq yarada biləcək yanlış fikirlərinə,mövzüya dəxli olmayan atmacalarına cavab verməli idi və cəsarətlə verirdi də. Jurnalist olaraq unutmamalıyıq ki, iki əks qütbün bu və ya digər məsələlərə münasibətinə hörmətlə yanaşılmalı, aparıcı isə veriliş boyu imkan daxilində opponentləri barışdırıcı məcraya istiqamətləndirməlidir, bir-birinə qarşı qızışdırmamalıdır. Bu prinsipi həmin debatda mən müşahidə etmədim. Ümumiyyətlə iqtidarla müxalifət düşmənçilk mövqeyində ola bilməzlər.Müxalifətin güclü olması hamımızın xeyrinədir, ən çox da elə dövlətin özünün. Güclü müxalifəti olan ölkədə dövlət sükanı daha möhkəm saxlamaq naminə zaman-zaman iqtisadi islahatlara meydan verməyə və nəticədə xalqın rifah halının yaxşılaşmasına səy göstərər.Dövlətçilk prinsiplərinin biri də elə budur.Ümumiyyətlə Azərbaycanda müxalifət varmı?! Nə yaxşı ki Azərbaycan Prezidenti İlham Əliyev dünya miqyasında “Yeniləşən Azərbaycan” nümunəsi yaratmaq naminə müxalifətin diqtəsi olmadan öz ağlının baxarı ilə özü bu prinsipləri gerçəkləşdirir. Azərbaycan müxalifətçiləri isə öz öhdəliklərini tam unudaraq nəyin bahasına olursa- olsun yalnız hakimiyyətə gəlmək iddiası ilə iqtidarı xalqın və hətta dünyanın gözündə belə aşağılamağa hər vəhclə çalışır və öz iyrənc niyyətlərini reallaşdırmaq naminə hətta xarici kəşfiyyat orqanları ilə sövdələşmələrə də gedirlər. Xalqın mandatını almadan onun adından dövləti, onun liderini ittiham etməyə özünü statuslu sanan bəzi müxalifət təmsilçiləri əslində heç vaxt xalqın yanında olmayıblar. Azərbaycanda xalqla dövlət birliyi sarsılmazdır və heç bir şər qüvvə bu birliyə xələl gətirə bilməz.

Valeh Mirzə

İNK-sı Mətbuat-televiziya-sosial şəbəkəyə ictima nəzarət departamentinin sədri,yazıcı-şair publisist .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: