16 yaşlı Azərbaycan əsilli gimnast Avropa çempionu oldu

İsveçrənin Bazel şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında Azərbaycan əsilli, Böyük Britaniya təmsilçisi Cesika Qədirova qızıl medal qazanıb.

16 yaşlı Cesika xalça üzərində sərbəst hərəkətlərdə hamıdan ən yaxşı nəticəni göstərərək Avropa çempionu olub. Qeyd edək ki, hər iki valideyni azərbaycanlı olan Cesika Qədirova ilk dəfə qatıldığı böyüklərin Avropa çempionatında öncəki günlərdə gümüş (dayaqlı tullanma) və bürünc medal (çoxnövçülük) qazanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: