Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn edildi – YENİLƏNİB

Altı ay komada qaldıqdan sonra dünən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseyn Xəlilov dəfn edilib.

O, doğuduğu Nardaran qəsəbəsində torpağa tapışırılıb.

09:39

Ötən gün şəhid olan hərbi qulluqçumuz Hüseyn Xəlilovla vida mərasimi keçirilir.

Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və şəhidin yaxınları iştirak edir.

Şəhidimiz Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, H.Xəlilov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. O, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Altı ay komada qalandan sonra aprelin 25-də şəhidlik zirvəsinə ucalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: