Azərbaycan qılıncoynadanı ölkəyə 20-ci olimpiya lisenziyasını qazandırıb

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarına 20-ci lisenziyasını qılıncoynadan Anna Başta qazanıb.

İdmançı İspaniyanın Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin həlledici final görüşündə alman sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul – 9 avqustdan bu il 23 iyul – 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust – 5 sentyabrda keçiriləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: