Koronavirusa yoluxan Azərbaycanın Xalq artistinin son vəziyyəti – YENİLƏNİB + FOTO

“Xalq artisti Arif Quliyevin vəziyyəti olduqca ağır qiymətləndirilir”.

Bunu  “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, A.Quliyev təxminən 10 gündür yeni növ koronavirusa (COVID-19) yoluxub. Dörd gündür xəstəxanada aparılan müalicələrə baxmayaraq, vəziyyətində ağırlaşmalar oldu. Bir gün əvvəl reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib”.

Həkim əlavə edib ki, Xalq artistinin ciyərlərinin 90 faizi COVID-19-dan zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub:

“Lazım olunan bütün müayinə və müalicələr aparılır. Ancaq vəziyyəti çox ağırdır”.

İlhamə Əbülfət

10:18

Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub.

Bu barədə onun oğlu Rövşən Quliyev məlumat verib.

O, atasının iki gün əvvəl “Yeni klinika”ya yerləşdirildiyini deyib:

“Hazırda vəziyyəti çox pisdir, süni tənəffüs aparatına qoşulub. Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: