Türkiyə-Azərbaycan təşkilatlarından Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyinə dair BƏYANAT

Qardaş ölkədə fəaliyyət göstərən Türkiyə-Azərbaycan təşkilatları ABŞ prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıblar.

Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin “Karabakh is Azerbaijan” Milli Platformasının Türkiyə koordinatoru Elvin Abdurahmanlı, İstanbul Türkiyə-Azərbaycan (İSTAD) dərnəyinin rəhbəri Səfər Qaraqoyunlu və Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin sədri Volkan Aydemirin imzaları ilə yayımlanan bəyanatlarda uzun illərdir dünyanın müxtəlif bölgələrində, o cümlədən ABŞ-da erməni diasporunun qərəzli fəaliyyətinə qarşı və onun türk millətinə yönəlmiş iftiralarının ifşa edilməsi istiqamətində istər Türkiyə, istərsə də Azərbaycan tərəfindən genişmiqyaslı tədbirlərin görüldüyü bildirilir.

Qeyd edilib ki, ermənilər tərəfindən 1990-cı ildən etibarən Azərbaycan xalqına qarşı sistematik şəkildə törədilən qətliamlar, o cümlədən əsrin faciəsi Xocalı soyqırımı, Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərin minalanması və buna dair xəritənin qərəzli şəkildə hələ də Azərbaycan tərəfinə təqdim edilməməsi, 1915-ci ildə Anadoludakı müsəlman xalqa qarşı törədilən qırğınlar, 1918-ci il soyqırımı və bu kimi bir çox qətliamlar bütün dünyanın gözü qarşısında işlənib, saysız insanımız bu qətliamlara və soyqırımlarına məruz qalıb. Ümumilikdə türk millətinə qarşı törədilən bütün bu soyqırımı hallarının səbəbkarları hələ də ədalət və insanlıq qarşısında cavab verməyib və heç bir təzminat ödəməyib. Bütün bunlara səssiz qalan dünya erməni diasporunun təsiri altında ortaya atılan və bəzi siyasi motivlər üzərində qurulan növbəti erməni yalanına inanmağa üstünlük verir. Son olaraq ABŞ prezidenti tərəfindən 1915-ci il hadisələrinin “soyqırımı” adlandırılması qəbuledilməzdir və iki ölkə arasında müttəfiqlik münasibətləri baxımından təhlükəlidir. Tarixi və qanunları təhrif edən bu iddiaları ortaya atanlar əvvəlcə 1905-1920-ci illər arasında və sonra vəhşicə qətlə yetirilən, sözün həqiqi mənasında soyqırımına uğrayan milyonlarca türkün ağrı-acılarını görməlidir. Bütün bu qətliamlara göz yuman dünya ictimaiyyətinin, o cümlədən ABŞ-ın bu cür iftiralarla çıxış etməsi hər şeydən əvvəl həqiqətə və insanlığa qarşı haqsızlıqdır. Türk millətinə qarşı bütün insanlığın gözü qarşısında törədilən bütün bu cinayətlər sübutlarla ortadadır. Videogörüntüləri, canlı şahidləri ilə tarix və insanlıq önündə öz təsdiqini tapan Xocalı soyqırımına hələ də səssiz qalan insan haqları qoruyucuları, bütün bu cinayətləri görməzdən gəlir. Soyqırımı iddiaları ilə çıxış edənlər əvvəlcə Azərbaycan və Türkiyənin müxtəlif yerlərində soyqırımına uğrayan türklərin toplu məzarlarını, ölüm quyularını ziyarət etməlidir.

Müəyyən siyasi səbəblərdən ortaya atılan bu “soyqırımı” tarixçilər tərəfindən araşdırılmalı və həqiqət öz yerini tapmalıdır. Bu iftiralar hər dəfə siyasi baxımdan çıxmaza girən Ermənistan üçün çıxış yolu olmamalı, bölgədə sülh və sabitlik birdəfəlik bərqərar olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: