Xasiyyət dəyişirmi?

Yəqin ki, hər birimiz bir çoxundan” bu adamın xasiyyəti dəyişib, korlanıb” kimi ifadələr eşitmişik. Bu barədə fərqli fikirlərin olması da labiddir.
Mənim fikrimcə isə, dəyişən xasiyyət deyil, əhvali-ruhiyyədir. Başqalarına olan münasibətdir.
Hər bir insan ömür boyu müxtəlif insanlarla, müxtəlif hadisələr, olaylarla qarşılaşır. Uşaqlıqdan formalaşan xasiyyət fərqli olaylar, təhsil, ailə münasibətləri, ətraf mühitin təsiri altında fərqli münasibətə uyğunlaşır. Gənc yaşlarına qədər bu münasibət formalaşsa da, xasiyyəti dəyişmək mümkün olmur.

Insan yalnız öz xasiyyətinə uyğun insanlarla dil tapa bilir, ünsiyyət qura bilir. Fərqli insanların bir ortamda olmaq məcburiyyəti qarşısında isə, iradənin və mənəvi gücün köməyinə ehtiyac olur.

Eyni xasiyyətdə olan insanlar arasında narazılıq, problemlərə çox az rast gəlinir. Fərqli xasiyyətli və fərgli dünyagörüşü olan insanlar arasında isə münaqişələr qaçılmazdır. “Get xasiyyətini dəyiş, sonra gəl adam kimi danışaq” deyimlərinin nə qədər əhəmiyyətsiz olduğunu, təəsüf ki, bir çoxları başa düşmür.

Xasiyyət dəyişmir. Münasibəti dəyişmək isə insanın əxlaqından və dünyagörüşündən, iradəsindən və mərifətindən asılıdır.
İradə Ilahidən, əxlaq və mərifət isə ailədən gəlir deyirlər. Dünyagörüşümüzün formalaşması isə öz əlimizdədir. Daha çox mütaliə etmək, təhsil almaq, fərqli insanlarla ünsiyyətdə olmaq lazımdır. Demək ki, müxtəlif xasiyyətli insanlarla qarşılaşmağımız qaçılmazdır.
Allah səbrimizi əksik etməsin!

Sənubər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: