Baloğlan Əşrəfovun dəfn olunacağı yer müəyyənləşdi – FOTO

Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfovun dəfn olunacağı yer açıqlanıb.

O, Masallı rayonunun Bədəlan kəndində dəfn ediləcək.

Qeyd edək ki, Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirib.

1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi “Turac təranələri” radio olimpiadasının qalibi olub.

1974-cü ildə keçirilən “Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı”nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.

İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar edib. Dünyanın bir sıra ölkələrində – Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib.

2007-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: