Əfqanıstanda 135 “talibançı” öldürüldü

Əfqanıstanın müxtəlif əyalətlərində “Taliban” hərəkatının 130-dan çox silahlısı öldürülüb.

Bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin xəbərində deyilir.

Əməliyyatlar Laqman, Lohar, Qəzni, Vardak, Herat, Qor, Faryab, Balx, Bağlan, Tahar, Kunduz, Gülmend və Qəndəhar əyalətlərində keçirilib.

Məlumata görə, əməliyyatlar zamanı ümumilikdə 135 “talibançı” öldürülüb, daha 92 silahlı yaralanıb.

Təhlükəsizlik qüvvələri həmçinin yol kənarlarında quraşdırılmış 72 bombanı zərərsizləşdirib.

“Taliban” hələ xəbəri şərh etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: