Bu, Rusiyanı Türkiyəyə qarşı çevirə bilər

Türkiyə ilə Rusiya arasında maraqların toqquşması Türkiyə-Ukrayna hərbi anlaşmasından qaynaqlana bilər.

Bunu türkiyəli siyasi ekspert Əbdürrəhman Babacan deyib.

“Bu, Türkiyənin maraqları və siyasəti ilə bağlı bir məsələ olsa da, Rusiyanı narahat etdiyi aydındır. Bu narahatlıq çox böyük qırılma şəklində deyil, ancaq əhəmiyyətli geosiyasi məsələlərdə Rusiya Türkiyə əleyhinə müəyyən şəkildə çevirə bilər”, – Babacan söyləyib.

Qeyd edək ki, aprelin 10-da Ukrayna lideri V.Zelenski Türkiyədə səfərdə olub və həmkarı R.T.Ərdoğanla hərbi anlaşmalar imzalayıb. Bundan sonra isə Rusiya tərəfi pandemiyanı səbəb gətirərək Türkiyəyə təyyarə reyslərini məhdudlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: