Qarabağ bölgəsinin su ehtiyatlarının həcmi açıqlanıb

Qarabağ bölgəsi və ətraf rayonlarının su ehtiyatlarının həcmi açıqlanıb.

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, bu ərazilərdə 14 çay, doqquz su anbarı mövcuddur:

“Araz, Bərgüşad, Tərtər, Hərkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çayları Qarabağ ərazisindədir. Bu çaylarının bəzilərinin ürzində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələn çay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbarları yerləşir. Bu anbarlardan ən böyüyü Xudafərin (1 milyard 612 milyon kubmetr) su anbarıdır. Çaylardan ən böyüyü isə Arazçaydır. Onun uzunluğu 1072 kilometrdir.

Nazir müavini qeyd edib ki, bu su anbarlarının və çayların olması Qarabağ bölgəsində suvarma, içməli su və enerji təminatında çox mühim əhəmiyyət daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: