Avstraliyada alma yığımı üçün robot yaradılıb – VİDEO

Avstraliyanın Monaş Universiteti alimləri alma yığımı üçün robot hazırlayıblar.

Bu barədə “New Atlas” resursu məlumat yayıb.

Cihaz alqoritmlərlə çalışan xüsusi kameralara malikdir. Onlar ağacı skan edir və robota pnevmatik dördbarmaqlı qolu ilə meyvələri yumşaq hərəkətlərlə dərməyə köməklik edir.

Robotun ağacdakı almaların 90%-ni “gördüyü” bildirilib. Yığım zamanı onun meyvələrin cəmi 6%-ni zədələdiyi qeyd olunub.

Bildirilib ki, cihaz tam qüvvəsilə çalışdıqda hər 7 saniyədə bir alma dərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: