Bayden İrana qarşı sanksiyaların bir qismini ləğv edəcək

ABŞ Prezidenti Cozef Bayden administrasiyası keçmiş dövlət başçısı Donald Trampın hakimiyyəti zamanı İrana qarşı sanksiyaların əhəmiyyətli qismini ləğv etmək niyyətindədir.

Bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, Cozef Bayden İranın nüvə proqramı ilə birbaşa əlaqəsi olmayan sanksiyaları ləğv edəcək. Bu halda İran beynəlxalq bank və kredit sistemi ilə əlaqəni bərpa edə bilər.

Məlumata görə, ABŞ-ın Yaxın Şərq üzrə koordinatoru Brett Makqerkin başçılığı altında nümayəndə heyəti Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Misirə səfər edəcək. Səfər zamanı amerikalı təmsilçilər İranın nüvə danışığına qayıtması ilə bağlı müttəfiqlərinin narahatlığını müzakirə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: