Fransada erməni terrorunun qurbanları ilə bağlı paylaşımı bəyənən bələdiyyə üzvü istefaya məcbur edilib

Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran Fransada ASALA terroru ilə bağlı paylaşımı bəyənən bələdiyyə üzvünün istefaya məcbur edilməsinin yolverilməz olduğunu bəyan edib.

Bunu nazir müavini özünün “Twitter” səhifəsində bildirib.

O vurğulayıb ki, söz azadlığı sahəsində başqalarına dərs keçməyə çalışanlar, özlərinin rahatlığını pozan həqiqətlərlə üzləşincə hər cür təzyiq göstərməyə haqq qazandırırlar.

Qeyd edək ki,  ASALA erməni terror təşkilatının hücumu nəticəsində həlak olmuş türk diplomatlarınin xatirəsinə edələn paylaşımı bəyənməsi səbəbilə Fransanın Valans şəhər bələdiyyə məclisinin üzvü Yasin Yıldırım məcburən istefaya göndərilib.

Bələdiyyə sədri Nikolas Daragon ölkədəki erməni diaspora təşkilatlarının təzyiqi ilə türkəsilli məclis üzvündən istefa verməyi tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: