İdman jurnalistləri arasında onlayn şahmat turniri keçiriləcək

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və Etopaz-ın baş sponsorluğu ilə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş idman jurnalistləri arasında ilk onlayn şahmat turniri keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasının iştirakı ilə baş tutacaq yarışa “İdman TV”, Oxu.Az, Estafet.Az, Media.Az və inSportPress informasiya dəstəyi, Chess.Az isə texniki dəstək verəcək.

Mayın 2-si saat 12:00-da start götürəcək yarışda iştirak etmək istəyən idman jurnalistləri turnirin direktoru, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Anar Şabanoğluya anar@aija.az elektron ünvanı vasitəsilə mayın 1-i saat 12.00-a kimi müraciət edə bilərlər.

Mükafatçıların təltifetmə mərasimi mayın 4-ü saat 12:00-da AİJA-nın Azərbaycan Nəşriyyatında yerləşən baş ofisində olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: