Zərdabda xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanıldı – FOTO/VİDEO

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində xırdabuynuzlu heyvanları oğurlayan şəxslər müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zərdab rayon Gödəkqobu kənd sakini olan bir nəfər RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini Nurlan Əzizov və Qazax rayon sakini Amil Yolçuyev saxlanılıb.

Araşdırmalarla onların səkkiz baş qoyun oğurlamaqla vətəndaşa 1 200 manat civarında ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: