AZAL Londona reysləri bərpa edir – RƏSMİ

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinin başlanma tarixi iyun ayının əvvəlinə keçirilir.

Şirkətdən  verilən məlumatda bildirilir ki, bu tədbir qeyd edilən istiqamətdə uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədardır.

Daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulmuşdu. Həmin reyslərə aviabiletlər alan sərnişinlər aviabiletləri başqa tarixə dəyişə və ya cərimə tətbiq edilmədən geri qaytara bilər:

“Aviabiletlər www.azal.az saytında onlayn alındığı təqdirdə callcenter@azal.az elektron poçtu vasitəsilə aviaşirkətin çağrı mərkəzinə, yaxud aviabiletin alındığı kassaya müraciət etmənizi xahiş edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: