Deputat: “BMT və ATƏT tərəfindən işlək mexanizmlərin ortaya qoyulmasını görməmişik” – VİDEO

“Bu günədək həm BMT, həm də ATƏT tərəfindən işlək mexanizmlərin ortaya qoyulmasını görməmişik. Beynəlxalq təşkiların hansısa effektiv iş görəcəyi ilə bağlı inam yoxdur. Buna görə də biz bu cür bəyanatlara sadəcə çağırış və sonu olmayan addım kimi baxırıq”.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Sevil Mikayılova deyib.

O bildirib ki, BMT və ATƏT sındırılmış reputasiyasını bundan sonra hansısa formada bərpa etmək istəyirsə, fərqli addımlar atmalıdırlar:

“Bugünkü Ermənistanın vəziyyətinin də əvvəlkindən çox fərqli olduğunu deməliyik. İndi minalanmış ərazilərin xəritəsinin verilməsi üçün təzyiqin müsbət nəticə verməsinə ümid daha artıqdır. Ümumilikdə isə Ermənistana beynəlxalq hüquqa hörmət etməyi öyrətmək çətin deyil. Sadəcə burada istək olmalıdır. İndiki halda təzyiqlərin olmasının vacib olduğunu düşünürəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: