Dünyada koronavirusa yoluxanların sayı 152 milyonu keçdi

Dünyada 152 025 280 nəfərdə koronavirus aşkarlanıb.

Virusdan 3 193 937 xəstə ölüb, 129 293 329 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk üçlükdə olan dövlətlər ABŞ (33 103 974 nəfər), Hindistan (19 164 969 nəfər) və Braziliyadır (14 665 962 nəfər). Fransa (5 616 689 nəfər) dördüncü yerdə qərarlaşıb. Beşinci yerdə isə Türkiyə (4 820 591 nəfər) Rusiyanı (4,805,288 nəfər) əvəzləyib.

İranda 2 499 077, Gürcüstanda 310 310, Ermənistanda isə 216 064 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (110 128 nəfər), İranda (71 758 nəfər) və Türkiyədə (40 131 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 319 109 nəfərin 4 517-si ölüb, 289 460 xəstə sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: