Azərbaycanlı futbolçu iki qol vurub Polşa klubuna qələbə qazandırdı

Azərbaycanlı futbolçu Fuad Bayramov Polşa çempionatında iki qol vurub.

26 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi Polşanın KSZO klubu III Liqanın IV qrupunda autsayder “Hetman” komandasını 6:0 hesabı ilə darmadağın edib.

Darmadağının əsasını isə start heyətdə meydana çıxan Fuad qoyub. O, 12 və 45+1-ci dəqiqələrdə dubl edib.

Qeyd edək ki, Fuad Bayramovun martda mövsümün sonunadək müqavilə bağladığı KSZO klubu hazırda 47 xalla səkkizinci sıradadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: