Azad Rəhimov dəfn olunur – YENİLƏNİB+FOTO/VİDEO

ABŞ-da müalicə aldığı xəstəxanada dünyasını dəyişən gənclər və idman naziri Azad Rəhimovun Bakıda dəfn mərasimi keçirilir.

Mərhum nazirin nəşi II Fəxri Xiyabana gətirilib.

Pandemiya səbəbindən məhdud çərçivədə təşkil olunmuş dəfndə nazirlik və Milli Olimpiya Komitəsinin rəsmiləri, mərhumun yaxınları və ailə üzvləri iştirak edir.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. O, 7 fevral 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib. Fəaliyyəti dövründə A.Rəhimov “Şöhrət” ordeni və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ağ ciyər xərçəngi və qara ciyər serrozundan uzun müddət müalicə aldığı ABŞ-da aprelin 30-da vəfat edib.

 

11:52

Aprelin 30-da vəfat etmiş Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov bu gün dəfn olunur.

Sözügedən görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: