Bu tarixdə uşaqlar vaksinasiya olunacaq

BioNTech peyvənd şirkəti 12-15 yaş qrupu uşaqların vaksinasiyası üçün Avropa Dərman Agentliyinə müraciət edib.

Agentlik təsdiq etdiyi halda 27 Avropa ölkəsində bu yaş qrupundakı uşaqlara peyvənd vurulmasına başlanılacaq. Eyni zamanda “Təcili istifadə icazəsi” üçün Amerika Qida və Dərman Təhlükəsizliyi idarəsinə də müraciət ünvanlanıb.

Qeyd edək ki, şirkət ABŞ-da 12-15 yaş qrupunda 260 uşaq üzərində apardığı tədqiqatda peyvəndin 100 faiz effektli olduğunu sübut edib.

Açıqlamada əks təsirlərin 16-25 yaş qrupuna təsadüf edəcəyi bildirilib.

Əgər Avropa Dərman Agentliyi təsdiq edərsə, 12-15 yaş qrupundakı uşaqların vaksinasiyasına iyun ayının ortalarında start veriləcək.

Avropa Birliyi BioNTech-Pfizer peyvəndinin uşaqlarda istifadəyə başlaması üçün elmi qiymətləndirmə və tədqiqatların nəticələrini gözlədiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: